Peyvənd olunanların sayı açıqlanıb 

17:23 06.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 301 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 601, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 823, üç və daha çox doza vaksin vurduranların sayı 8 282, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 595 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513 935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 231 715 təşkil edir.